»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir
10 Kasım 2017 Cuma 08:00
12
14
16
18

 

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi məqsədilə əməli addımların atılmasını gözləyir.

Qarabagxeber.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının ATƏT yanında  nümayəndə heyəti ATƏT Daimi Şurasının 1163-cü iclasında bəyan edib. 

Azərbaycanın nümayəndə heyəti danışıqların bərpa edilməsində həmsədrlərin səylərini alqışlayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-ci il tarixində Cenevrədə keçirilmiş zirvə görüşünü düzgün istiqamətdə atılmış addım olduğunu qeyd edib: “Görüş substantiv danışıqların bərpası üçün ilkin şərtlər qoymaq cəhdlərinin  uğursuzluqla nəticələndiyini sübut etdi. Birgə bəyanatda əks olunduğu kimi, ümumilikdə, görüşün baş tutmasını və nəticəsini müsbət qiymətləndiririk. Danışıqları intensivləşdirmək məqsədilə həmsədrlərdən əməli addımların atılmasını gözləyirik”.

“Bununla yanaşı, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklərə dair qanunsuz əməlləri Yerevanın işğalçı mahiyyətini, baş vermiş faktın zorla qəbul etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş sistemli siyasətini nümayiş etdirir: "Təmas xətti boyunca silahlı təxribatlar da daxil olmaqla Ermənistanın bu cür addımları sülh səylərinə zərbə vurur. Biz ATƏT-ə üzv olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə, onların fiziki və hüquqi şəxslərinin, harada olmasından asılı olmayaraq, qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədilə müvafiq hüquq normalarına əməl etməyə çağırırıq.

Xatırlatmaq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları və Helsinki Yekun aktının prinsipləri münaqişənin həlli üçün əsasdır. Əgər Ermənistan münaqişənin siyasi həllinin tapılmasında səmimi olaraq maraqlıdırsa, onda gərək dəqiq müddəalar əsasında münaqişənin həlli prosesində konstruktiv iştirak etsin”.

Nümayəndə heyəti münaqişənin həlli üçün mərhələli həll variantına alternativin olmadığını və sülhə nail olmaq üçün ən yaxşı şans olduğunu qeyd edib: “Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib, xüsusən, ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanılır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasını təşkil edir.

ATƏT-in 1992-ci ilin fevralında qəbul etdiyi qərarda, bütün sərhədlərin toxunulmazlığına hörmətlə yanaşılma, hər hansı qonşu dövlətə ərazi iddialarının irəli sürülməməsinə dair zəmanət verilmə, o cümlədən, bu cür ərazi iddialarını təşviq edəcək düşmənçilik təbliğatından çəkinmə kimi çağırışlar əks olunub”.

Nümayəndə heyəti qeyd edib ki, Cenevrə görüşündən əvvəl və dərhal sonra Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar Yerevanın həqiqi niyyətinə dair suallar doğurur. Bu kontekstdə Minsk Qrupunun həmsədrləri və ATƏT-ə üzv olan dövlətlərindən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının təcrid olunmasına haqq qazandırmaq və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimi təbliğ etmək kimi mənasız cəhdlərini pisləyəcəyini gözləyirik".

Nümayəndə heyəti Daimi Şuraya xatırladıb ki, bu cür hərəkətlər hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz hesab olunub: “Təhlükəsizlik Şurası Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün gücdən istifadənin yolverilməz olduğunu təsdiqləyib.

Ermənilər başa düşməli və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət torpaqların işğalını və etnik təmizləməni qəbul edəcək. Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqa zidd ola biləcək heç bir sülh sazişinə nail oluna bilməz. Azərbaycan torpaqlarının işğalı həll variantı deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”. 

Oxunub : 43
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.