»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
YAZARLAR Ləman Piriyev
12
14
16
18
13/09/2015 13:53
İnsan niyə intihar edir?

İntihara cəhdin bir çox səbəbi var: sevgisizlik, məqsədsizlik, bədbəxtlik və ümidsizlik...

Heç bir insan sevgisiz yaşaya bilməz. Çünki hər insan gücünü sevgidən alır. Ancaq insanların bir çoxu sevginin hər hansısa bir şəxsə duyulan məfhum olduğunu düşünür və ona ümid edir. Ümid etdiyi o sevgini görmədikdə isə özünü bədbəxt hiss edir. İnsanların sevgisizliyinə görə özünü bədbəxt hiss edən bir insanın böyük psixoloji problemlərlə mübarizə aparacağı qaçılmazdır. İnsan xoşbəxt olmaq üçün onun Allahın varlığına tam qənaəti gəlməlidir. Çünki vəfalı olan, sevən, qoruyan, ədalətli olan yeganə varlıq uca Allahdır. Əgər həmin insan öz sevgisini hər yerin və hər şeyin sahibi olan Allaha yönləndirsəydi, ona edilən haqsızlıqlardan şikayətlənməz, Allahın ədalətinə güvənib vəfanı yalnız Ondan gözləyərdi. Sevgisizlikdən əziyyət çəkməzdi. Çünki diqqətlə düşünsə, Allahın hər an ona can, nəfəs verib sevgisini əsirgəmədiyini görərdi və özünü xoşbəxt hiss edərdi...

İnsan ruhu sonsuzdur. Buna görə də ruhunun sonsuz olmasını istəyir. Dünya həyatı isə sonludur. Həyatının sonlu olacağını düşünən insan üçün, əlbəttə ki, qazanmağın, ailə, övlad sahibi olmağın, karyera qurmağın bir mənası da olmaz. Belə düşünən insan yaşama məqsədini itirib şövqdən düşər. Halbuki etdiyi heç bir gözəl əməlin itmədiyini və axirətdə artıqlaması ilə ona geri dönəcəyini düşünən şəxs həyata böyük şövq və həyəcanla davam edər. Nəfsinin istədiyi sonsuz olma arzusunu Allahın ona axirətdə bəxş edəcəyini düşünərək hər an xoşbəxt olar. Bu səbəbdən, Allahı yaxşı tanımağa, Onun əmrlərinə həssaslıqla əməl etməyə çalışar. Onun rizasını, sevgisini, rəhmətini itirməkdən çəkinər. Quranla tanış olar. Beləcə, intiharın bir cana qəsd etmək mənasına gəldiyini, bunun isə haram olduğunu öyrənər. Allah sevgisi olan bir insan hər zaman vicdanla davranar. Harama girməyi nəcib ruhuna yaraşdırmaz.

ABŞ-da il ərzində intihar edən gənclərin sayı Dünya Ticarət Mərkəzi hücumunda ölənlərin iki mislindən çoxdur. Amerika ordusunda isə gündə 22 əsgərin intihar etməsi məlumatı dəhşət vericidir. ABŞ-da 11 ay ərzində 23 ştatda baş verən 173.969 intiharın böyük hissəsi ordunun payına düşür. Kanadada 15-24 yaş arasındakı gənclər üçün intihar üçüncü ölüm səbəbidir. Avropanın Litva və Macarıstan kimi ölkələrində intiharların sayının hər il artması problemin daha da ciddiləşdiyini göstərir. Yunanıstanda isə iqtisadi böhran başladıqdan sonra son iki il ərzində intiharlar 35% artıb. Dünya Səhiyyə Təşkilatının son hesabatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir.

Avropa və Amerikada intiharla mübarizə üsullarından biri də problemli insanların özlərini razı salacaq psixiatrlara yönləndirilməsidir. Yaponiya isə "intihara qarşı bəyaz sənəd" deyilən 9 mərhələli planla 2017-ci ilə qədər intiharları dayandırmağı qarşısına məqsəd qoyub. Bu tədbirlərin arasında telefon yardım xətlərinin qurulması, içində çəkindirici məlumatlar olan lövhələrin intihar məkanlarına qurulması nəzərdə tutulub. Ancaq alınan tədbirlərin intihar hallarını azaldacağını ümid edərkən qarşımıza çıxan həqiqət bunun daha da artdığını göstərmişdir. Yuxarıda qeyd edilən statistika bizə onu göstərir ki, ölkələrin rifah halının yüksək səviyyədə olması intihar etməmək üçün səbəb deyil. Ölkələrə xoşbəxtlik və rifah gətirəcək yeganə amil dindarlıqdır. Dolayısilə, vicdan rahatlığıdır. Dindarlıqdan başqa həll yolu axtaran cəmiyyətlər nə qədər texniki tədbirlər almağa çalışsa da, sosial problemlərin gətirəcəyi dəhşətli nəticələrdən qurtula bilməzlər.

Önceki Yazılar :
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.