»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar
10 Kasım 2017 Cuma 10:00
12
14
16
18

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunun Dağlı kəndində inşa etdirilmiş müasir tələblərə uyğun fərdi yaşayış evi Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun ailəsinə təqdim edilib.


Qarabagxeber.com modern.az-a istinadən xəbər verir ki, evin təqdim olunması tədbirində vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Ölkəmizdə uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də həmin təbəqələrdən olan vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 5 min 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib ki, onlardan 5,1 min nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün ölkəmizin rayon və şəhərlərində fərdi və çoxmənzilli evlərin tikintisi, yeni inşa edilmiş binalardan  mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.


Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə böyük rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və həlak olmuş Milli Qəhrəmanlarımızın ailələrinin də mənzillə təminatı yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, onların digər sahələrdə sosial təminatı daim gücləndirilir. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə (onlardan həlak olanların isə ailələrinə) Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 11 oktyabr 2016-cı il tarixli Fərmanı ilə bu təqaüdün məbləği ötən il növbəti dəfə artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb.


Həmçinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hər bir uşağı aylıq sosial müavinətlə, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinətlə təmin edilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və habelə orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan övladlarına da Prezident qayğısı olaraq, onların təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.


Tədbirdə dövlətçiliyimiz uğrunda böyük qəhrəmanlıq göstərərək  şəhidlik zirvəsinə ucalmış və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Natiq Məmmədovun həyat və döyüş yolunun əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.


Yeni mənzillə təmin olunan ailənin üzvləri onların hərtərəfli təminatı üçün aparılan işlərdən razı qaldıqlarını bildirib,  müasir tələblər səviyyəsində tikilmiş yeni yaşayış evi ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

 

Oxunub : 40
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.