»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
YAZARLAR Nikbin Qasımlı
12
14
16
18
05/01/2015 15:25
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini

Nikbin Qasımlı yazır...

I hissə

Ta ki  körpəlikdən götürəsən bələkdəki çocuğu və ona  ilk yaşına çatmadığı gündən öyrədəsən vətən nədir, millət kimdir, torpaq nə məna verir?!

Vətən, millət və torpaq uğrunda  mübarizə  aparmağı,  savaşmağı, təki qutsal amallar naminə yaşamaq əzmini bacarmağı öyrədəsən. Ta ki körpəliyindən bəmbəyaz rəngli kağıza bənzəyən çocuğa.

Umudsuz  övladlara  bu, qapana qısnanmış  ölkəni  sevmək iradəsini öyrədəsən. O vaxta qədər ki,  qələmdəki hər mürəkkəb damcı  damarlardakı  qan qədər  dərk edilə  və ölüm özülüyündə ölümsüzləşə,  bəlkə də  sonunadək  ancaq və ancaq  bu vətənpərvərlərin bədənində.

“Çöldə-bayırda salfet  satma, çay evlərində çox oturma, küçə-küçə avara-avara çox gəzmə, gəl, dövlət qurtar”, - deməyəsən, gələcəyin  çılğın körpələrinə.  “Gəl, ananı-atanı, bacını-qardaşını, nənəni-babanı, nəslini-kökünü,  üstəlik  xalqını da xilas elə ölənədək”, - deyəsən.

Ya bu gün, ya sabah, ya da o biri gün, ya da ki nə vaxtsa, amma bir gün mütləq bu ölkənin yeganə  hakimi bu millət olmalıdır. Dünyanı  bizim millət idarə etməlidir. Damarımızdakı qan cümlə-cahana səpilməlidir. İrqindən, milliyətindən, dinindən asılı olmayaraq, hər kəsin bədənində az da olsa, bizim qanımızdan bir parça olmalıdır.

Bir zamanlar  “İmperatorluqlar” yaratmış bu millət yaxın zamanlarda da kainatın  “Hegemonu” olmaq  istəyinə çatmalıdır.  Bu bizim arzumuz yox, diləyimiz yox, əmrimizdir. Özümüzə təlqin etdiyimiz “əmrimiz”.

Ölkəmizin  XX əsrin 80-90-cı illərindəki tarixi səhifələrini vərəqləyin. O dövrün bir çox qəhərəmanı bu gün vətən xainidir. Misal üçün, Çolaq  Əmir.  Vətən xainləri isə bu gün əlçatmaz  zirvədir.  Misal üçün, Topal Qulu.

Unudulan bir şey var, o da divan mühakimələridir. Unutmayaq ki, bu ölkədə qəhrəmanları divani-külliyatlar (məhkəmələr) deyil, tarixi-cəmaül-ət (tarix)  üzə çıxarır. Ona görə də, indi bəyan edilən bütün  qərarların tarix  baxımından  heç bir önəmi yoxdur. Verilən ölüm hökmümün də. Hər şey bir şey üçün, - Vətən, Millət, Torpaq, Dövlət naminə.  

I hissəsinin sonu

Önceki Yazılar :
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.