»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası
10 Kasım 2017 Cuma 13:00
12
14
16
18

 

Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatic Observer” jurnalının 2017-ci il noyabr sayında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.Yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.

Qarabagxeber.com xəbər verir ki, məqalədə Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Artıq diplomatik üstünlük bizim tərəfdədir” sözlərinə yer verərək Sərkisyan ilə Cenevrə görüşündə Ermənistanın heç bir şərt irəli sürmədən 16 ay sonra danışıqlar masasına oturmasının çox önəmli olduğunu qeyd edib. Məqalədə həmçinin Minsk Qrupunun yürütdüyü siyasət nəticəsində hələ də Azərbaycan ərazilərinin işğal altında qaldığı, 1 milyon azərbaycanlının hələ də qaçqın həyatı yaşadığı halda Qarabağa ermənilərin yerləşdirilərək demoqrafik vəziyyəti dəyişdirməyə cəhd göstərildiyi vurğulanır.

Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən müəllif hər iki ölkə ictimaiyyətinin də bir-birini çox yaxşı anladığını bildirir. Yazıda Azərbaycanın Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” komandasının azarkeşləri ilə bağlı Mövlud Tezel adlı türk jurnalistin “Sabah” qəzetindəki yazısı da sərt tənqid olunub.

Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə siyasətini yürütdüyünü söyləyən A.G.Babiş Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT Təhlükəsizlik Şurası ilə bağlı dediyi “Dünya beşdən böyükdür” sözlərini Minsk Qrupuna şamil edərək, “Qarabağ Minsk Qrupundan böyükdür” yazır: “Azərbaycan münaqişənin həllinə dair danışıqları, Ermənistan isə təcavüzkar siyasətini davam etdirməkdədir”. Müəllif hesab edir ki, Qarabağ münaqişəsinin həlli passivliyi göz önündə olan Minsk Qrupuna həvalə edilməməli və ya Minsk Qrupunun struktru dəyişdirilməlidir.

 

Oxunub : 48
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.