»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Zahid Oruc: “Ordumuz danışıqlarda iştirak edir”
08 Nisan 2016 Cuma 12:00
12
14
16
18

Rusiya siyasi rəhbərliyinin iki mühüm şəxsinin bu günlərdə Azərbaycana və Ermənistana səfəri sübut edir ki, Moskva Cənubi Qafqazdakı hadisələrdən həddindən artıq narahatdır. Bunun üçün də yetərincə əsaslar var.

 

Bu sözləri millət vəkili Zahid Oruc atəşkəsin dayandırılması fonunda Rusiya nazirlərinin Bakı səfərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, Azərbaycan Qarabağ üzərində öz suveren haqlarını bərpa etməsə, irəliyə sürülən hər hansı bir sülh müqaviləsi qəbul edilməyəcək:

 

“Məsələ təkcə tarixən mövcud olan konfliktin yenidən alovanması və miqyasca genişlənməsi perspektivi deyil. Biz 1905 və ya 1917-1918-ci illərdə böyük savaşlardan keçmişik və o dövrdə Rusiya fərqli bir rol oynayıb. Erməni mənbələri Stalinin ünvanına ittihamlar yağdırır ki, o, nə üçün 1921-ci ildə Qarabağı Azərbaycanın tərkibində saxlamağa razı olub? Halbuki məsələ tamamilə fərqli bir müstəvidə idi. O zaman Zəngəzurun itirilməsi fonunda Ermənistanın daşnakçılardan təmizlənməsi və onların SSRİ-nin tərkibinə gətirilməsi yolları axtarılarkən Azərbaycan əraziləri hesabına Ermənistan təsis edildi. Bunun mahiyyətinə, tarixə varmadan indi, gerçəklikdə Lavrov çox yaxşı bilir ki, Rusiyanın üzərinə böyük missiya düşür. Bu da ondan ibarətdir ki, bir tərəfdən münaqişənin hər hansı bir şəkildə həll variantını keçmişdə düşünənlər reallıqda dəyişikliklərin olduğunu görür və Azərbaycan cəmiyyətində qərarlaşmış fikrin regional və beynəlxalq aləmdə nəzərə alınacağı da bir faktdır”.

 

 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə əsas müzakirə mövzusunun Qarabağ olduğu dəqiqdir:

 

“Dünənə qədər Rusiya tərəfi dəfələrlə dövlət başçıları və xarici işlər nazirlərinin görüşünü keçirərkən Qarabağın fərqli formatını düşünürdüsə, hazırda şimal qonşumuz, regional dövlətlər və başqa qütbün təmsilçiləri də yaxşı bilirlər ki, Azərbaycan Qarabağ üzərində öz suveren haqlarını bərpa etməsə, irəliyə sürülən hər hansı bir sülh müqaviləsi qəbul edilməyəcək. Dövlət rəhbəri isə ən sərt iradəsi ilə o sazişləri ordumuzun süngüsü ilə rədd edəcək. Faktiki olaraq bu gün Avropa dairələri siyasi vasitələrlə Qarabağ prosesinə qoşulmağa çalışsalar da, hərbi cəhətdən elə də böyük imkanları yoxdur. Yəni regionda ən yaxın ölkə kimi Gürcüstanda Amerikanın müəyyən hərbi təlimçiləri və yaxud məhdud səviyyəli nümayəndələri olsa da, qoşun və hərbi birləşmələr baxımından yeganə dövlət Rusiyadır ki, həm Şimali Qafqazda, həm də Ermənistanda saxlanılmış ordusunu Qarabağa yeritmək imkanındadır. Ermənistan buna çox çalışır. Onlar istəyir ki, Rusiya silahlarından Ağdərə və Füzulidə savaş aparmaları fonunda Gümrüdəki hərbi tank, toplar da işə düşsün və Azərbaycan əleyhinə ruslar vuruşsun. Halbuki Bakı-Moskva münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb. Bu imkan verir ki, biz 1990-cı illərdən fərqli münasibət görək. Bu gün faktiki Putinin ünvanına təhqirlər yağdıran, onu ittiham edən erməni dairələri də ona görə qəzəblənməyiblər ki, Moskva İrəvanı satıb, Azərbaycana peşkəş edib və yaxud da Qarabağı bizə qaytarmaq haqqında rəsmi Kremldən hansısa razılıq alınıb. Xeyr! Sərkisyan və bütün erməni xalqını hiddətləndirən Putinin Qarabağda onların yerinə vuruşmamasıdır. Ancaq bizim torpaqda rus əsgəri niyə olsun ki?”

 

Z.Orucun fikrincə, Lavrovun Bakıya gətirdiyi sənəd çox ehtimal ki, bir neçə il əvvəl Kazan görüşündə ermənilərin imtina etdiyi həll planıdır:

 

“Orada Azərbaycanın ərazi bütövlüyü prinsipi əksini tapmışdı və status məsələsi gələcəyə saxlanılırdı. İndi isə Rusiya təkbaşına belə bir təşəbbüslə çıxış edir və onu tərəflərə qəbul etdirməyə çalışır. Oradakı detalları bilmədən ölkəmizin mənafelərinin təhdid altında olmadığını bəri başdan söyləyə bilərik və son hərbi əməliyyatlar “yeni sülh müqaviləsi”nin yazılmasında başlıca mürəkkəb rolunu oynayıb. Ona görə də Lavrovun gətirdiyi təkliflər layihəsi mövcuddur. Bu gün Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə əsas müzakirə mövzusunun Qarabağ olduğu dəqiqdir. Bu üçlük Minsk Qrupunun formatını əvəz etmək üçün yaradılmayıb. Doğrudur, İran hazırkı şəraitdə regional münaqişəyə müdaxilə etməyə və hansısa bir şəkildə burada iştirakını təmin etməyə çalışır. Hər halda bu gün İranda Azərbaycan əleyhinə mövqe tutaraq II Qarabağ savaşımıza qarşı Ermənistanı gücləndirmək mövqeləri yoxdur. İran Ermənistanın yanında deyil. Bu çox müsbət haldır”.

 

Millət vəkili onu da əlavə edib ki, qarşıda çox böyük diplomatik trafiklərinin şahidi olacağıq:

 

“Ermənilər hazırda cəbhədəki uğursuzluğu müxtəlif vasitələrlə çıxmağa çalışırlar. Yunanıstandan tutmuş Brüsselə qədər məhdud səviyyədə ermənilər bir araya gəlib kimlərdənsə öhdəlik tələb edir və ölkəmiz əleyhinə sanksiyalar istəyirlər. Sizinlə danışarkən parlamentdəyəm və Şəhidlər Xiyabanını müşahidə edə bilirəm. İki gündür bu məkan minlərlə insanın ziyarət yerinə çevrilib. I Qarabağ savaşı zamanı bu insanların vətən eşqi, dövlətçilik amalları, güclü ordunun olmaması səbəbi ilə məhz belə bir xiyabanlar yarandı. Ancaq indi qalib şəhidlərdir. İstənilən beynəlxalq təşkilat və Rusiya tərəfi nəzərə almalıdır ki, Azərbaycan cəmiyyətinə bundan sonrakı dövrdə Qarabağın müstəqilliyini heç bir vəchlə qəbul etdirmək mümkün olmayacaq. Bir sözlə, indi ordu danışıqlarda iştirak edir. Naxçıvandan üzü ta Gədəbəyə qədər, bütün sərhədboyu ermənilərlə savaş cəbhəsidir. Yəqin ki, qarşıdakı günlərdə çox böyük diplomatik trafiklərin şahidi olacağıq. Rəsmi Bakının belə intensiv dialoqlar meydanına çevrilməsini isə məhz ordu yaratdı. Bu açıq faktdır. Qarabağ məsələsini 10-15-ci yerlərə atanlar, guya ərəb dünyası və başqa bir qitənin problemləri ilə məşğul idilər. Hesab edirəm ki, Azərbaycan Rusiya rəhbərliyini inandıra biləcək ki, Qarabağın ölkəmizin nəzarəti altına qayıtması bütövlükdə bölgədə sabit bir gələcəyin qurulması üçün yeganə vasitədir”.

Oxunub : 1344
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.